Rusiya hava hücumundan müdafiə sistemləri Şimali Osetiya-Alanya Respublikası səmasında uçan üç Ukrayna pilotsuz uçuş aparatını vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Menyailo özünün "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatları (PUA) Ukrayna ərazisindən Mozdok şəhərinin hərbi hava limanına doğru buraxılıb.
Hadisə nəticəsində sakinlərdən xəsarət alan olmayıb. Bundan əlavə, heç bir ziyan qeydə alınmayıb.