"Harvard" universitetinə qəbul olan azərbaycanlı ilə MÜSAHİBƏ

"Harvard" universitetinə qəbul olan azərbaycanlı ilə MÜSAHİBƏ
03.04.2023 21:20
Aa
dəq

Azərbaycanlı məktəbli qız eyni vaxtda dünyanın ən nüfuzlu bir neçə universitetinin bakalavr pilləsinə qəbul olub. Bakı-Oksford Məktəbinin şagirdi Ayla Əliyevanın ABŞ-nin Harvard, Kolumbiya və Braun universitetlərinə etdiyi müraciətlərə müsbət cavab verilib.

Ayla Əliyeva "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində "Harvard" universitetini seçdiyini bildirib. Müsahibəni təqdim edirik:

1.  Xaricdə təhsil almağa necə qərar verdiniz? Niyə məhz Azərbaycan universitetləri yox, xarici universitetlər?

"Xaricdə təhsil almaq istəməyimin səbəbi fakültəm üzrə dünyanın ən güclü, müxtəlif ölkələrdən, bir-birindən fərqli perspektivlərə sahib olan ekspertlər və tələbələri cəlb edən bir universitet istəməyimdir".

2. Siz eyni zamanda dünyanın ən nüfuzlu bir neçə universitetindən qəbul almısınız. Amma "Harvad" universitetini seçdiniz. Buna səbəb nədir?

"Arzum ali təhsilimi ingilis dilində başa çatdırmaqdır. Buna görə də, mən “Harvard” universitetini seçdim. Əslində, “Harvard” universitetinin bir neçə tələbəsi ilə ünsiyyətdəydim. "Harvard”da bir debat keçirildikdən sonra mən də orada iştirak etdim. “Harvard” müsahibəmdən bir çox məlumat yığdıqdan sonra məhz bu universiteti seçməyə qərar verdim. Nəyə görə? Çünki mənim fakültəm tam dəqiq olmasa da, çox güman ki, dövlət və iqtisadiyyatla bağlı olacaq və “Harvard”ın dövlət və iqtisaddiyatla bağlı proqramları dünyada ən güclü proqramlardan biridir".

3. İmtahan və qəbul prosesiniz necə keçdi?

"Qəbul prosesi əlbəttə ki, çətin və tələbedicidir. Qəbul prosesi dedikdə, biz bir neçə ay və ya bir neçə ili nəzərdə tutmuruq. Bu illərlə gedən bir prosesdir. Amma bir insanın motivasiyası olduqdan sonra, "Nəyə görə mən bunu edirəm?", "Bunu etməyimdə səbəb nədir?" kimi sualları özünə verdikdən sonra hər şeyin öhdəsindən gəlmək olar. Tələbedici bir proses olsa da ondan sonra adam nailiyyətlərini görəndə daha çox qürurlanır".

4. Qəbul aldığınız zamankı hissləriniz nə oldu?

"Qəbul aldıqda hisslərim... Əlbəttə ki, çox sevinmişdim və çox şad idim. İnsan təxmin edə bilər, düşünə bilər, təsvir edə bilər ki, yəni belə top universitetlərə daxil olacaq. Amma bunu reallıqda görəndə, qabağındakı kompüter ekranında görəndə əlbəttə ki, bu tam başqa bir hissdir. Onu təsvir etmək çox çətindir. İnsan bu hissləri başa düşmək üçün bunu yaşamalıdır".

Qeyd edək ki, 2005-ci il təvəllüdlü A.Əliyeva Bakı-Oksford Məktəbində A-level proqramı üzrə təhsil alır.

Xatırladaq ki, A.Əliyevanın qardaşı İlham Əliyev də İnşaat mühəndisliyi və ümumi mühəndislik ixtisası (Civil engineering and general engineering) üzrə Texas və Vigina, ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olunub.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu