Əsas məzmuna keç

"Harry Potter" qılıncları müsadirə edildi

"Harry Potter" qılıncları müsadirə edildi

Yaponiyada "Harry Potter" qılınclarının nüsxəsi silah qanunlarını pozduğu üçün müsadirə olunub. Bununla bağlı xarici KİV məlumat yayıb. Məlumata əsasən,...

Yaponiyada "Harry " qılınclarının nüsxəsi qanunlarını pozduğu üçün müsadirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məlumata əsasən, məsələ ilə bağlı “Warner Bros Studios”a məxsus “The Making of Harry Potter” adlı tema parkının internet saytında açıqlama verilib.

Açıqlamada bildirilib ki, paytaxt Tokiodakı əyləncə parkında suvenir kimi satılan və ucu itiliyinə görə ölkədə silaha nəzarət qanununu pozduğu təsbit edilən 86 santimetr uzunluğundakı paslanmayan polad qılınclar müsadirə edilib.

Məhsulları alan müştərilərdən şirkətlə əlaqə saxlamaları xahiş olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…