Operativ Məlumat Mərkəzi

Haniyənin ölümünə görə Tehranda bir neçə nəfər saxlanılıb

1 dəq
Paylaş:
Haniyənin ölümünə görə Tehranda bir neçə nəfər saxlanılıb
bu barədə Tehran Prokurorluğu məlumat yayıb. Saxlanılanların hadisə ilə bağlı paylaşım etdiklərinə və fikir bildirdiklərinə görə cəzalandırıldıqları...

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Tehranda bir neçə nəfərə qarşı cinayət işi açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tehran Prokurorluğu məlumat yayıb.

Saxlanılanların hadisə ilə bağlı paylaşım etdiklərinə və fikir bildirdiklərinə görə cəzalandırıldıqları bildirilib.

"Bir neçə nəfər çağırılaraq dindirilib, onlara xəbərdarlıq edilib, bir neçə nəfər barəsində isə cinayət işi açılıb. Onlara qarşı cəmiyyətin psixoloji təhlükəsizliyini pozduqlarına görə cinayət işi açılıb", - deyə prokurorluğun bəyanatında qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər