ABŞ-ın İllinoys ştatının hakimi keçmiş prezident Donald Trampın Konqresə basqındakı rolunu əsas gətirərək onun adını səsvermə bülletenindən çıxarıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kuk dairəsinin hakimi Tracie Porter, Konstitusiyaya 14-cü Düzəlişdə "qiyamçı qadağası"na əsaslanaraq, Trampın adının 2024-cü il prezident seçkiləri ərəfəsində ştatın səsvermə bülletenindən çıxarılmasına qərar verib.
"Məhkəmə bu qərarın miqyasından və onun qarşıdan gələn İllinoys ştatında keçiriləcək ilkin seçkilərə təsirindən də xəbərdardır. İllinoys Ştatının Seçki Şurası Donald Trampı 19 mart 2024-cü ildə keçiriləcək ilkin seçki bülletenindən kənarlaşdıracaq”, – deyə Porter yazılı açıqlamasında bildirib.