Operativ Məlumat Mərkəzi

Hakimi PSJ-də qala bilər

1 dəq
Paylaş:
Hakimi PSJ-də qala bilər
klub mərakeşli futbolçunun agenti ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb. Parislilər futbolçuya yeni uzunmüddətli müqavilə təklif...

PSJ-nin rəhbərliyi cinah müdafiəçisi Aşraf Hakimini komandada saxlamaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" jurnalist Fabrizio Romanoya istinadən xəbər verir ki, klub mərakeşli futbolçunun agenti ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.

Parislilər futbolçuya yeni uzunmüddətli müqavilə təklif edirlər.

Aşraf 2021-ci ilin yayından Fransa komandasının rənglərini qoruyur. Tərəflər arasında mövcud müqavilə 2026-cı ildə başa çatır.

Bu mövsüm Hakimi Paris komandasının heyətində bütün turnirlərdə 11 matçda iştirak edib. Müdafiəçi üç qol vurub və üç məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər