Operativ Məlumat Mərkəzi

PSJ “Bavariya”nın ulduzu üçün 100 milyon avro təklif etməyə hazırlaşır

2 dəq
Paylaş:
PSJ “Bavariya”nın ulduzu üçün 100 milyon avro təklif etməyə hazırlaşır

“Bavariya”nın yarımmüdafiəçisi Maykl Olisenin yay transfer dönəmində PSJ-yə keçə biləcəyi iddia olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə tanınmış Konur məlumat yayıb.

Məlumata görə, təmsilçisi fransız futbolçunun transferi üçün ciddi atmağa hazırlaşır.

Mənbə bildirir ki, PSJ Münxen klubuna 100 milyon avro dəyərində irəli sürməyi planlaşdırır.

Bununla belə, “Bavariya” rəhbərliyinin 24 yaşlı yarımmüdafiəçini satmaq niyyətində olmadığı və onunla yeni müqavilə imzalamaq üçün danışıqlar apardığı vurğulanır.

Maykl Olise cari mövsümdə yüksək performansı ilə diqqət çəkib. O, bütün turnirlər üzrə 29 oyunda meydana çıxaraq 13 qol vurub və 21 məhsuldar ötürmə ilə komandasının uğurlarında mühüm rol oynayıb.

Qeyd edək ki, fransız futbolçunun “Bavariya” ilə mövcud müqaviləsi 2029-cu ilin iyun ayının sonunadək qüvvədədir. “Transfermarkt” portalı isə Olisenin bazar dəyərini 130 milyon avro olaraq qiymətləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax