Əsas məzmuna keç

Barak Obamanın rəsmi İnstaqram hesabı haker hücumuna məruz qalıb

Barak Obamanın rəsmi İnstaqram hesabı haker hücumuna məruz qalıb

ABŞ-nin keçmiş prezidentinin prezidentlik dövrünə aid olan İnstaqram hesabı naməlum şəxslər tərəfindən ələ keçirilib.

en ru

ABŞ-nin keçmiş prezidenti Obamanın prezidentlik dönəmində istifadə etdiyi rəsmi İnstaqram hesabı kiberhücumla üzləşib. "Operativ Məlumat Mərkəzi-OMM"-in TMZ portalına istinadən verdiyi məlumata görə, bazar günü səhifədə şübhəli paylaşımlar müşahidə edilib.

Məlum olub ki, hakerlər hesaba daxil olaraq bir neçə paylaşım ediblər. Bunların arasında texnologiyası ilə yaradılmış və üzərində fars dilində "Ağ Ev şiələrin nəzarəti altındadır" yazısı olan şəkil də yer alıb.

Məsələ ilə bağlı açıqlama verən Meta şirkətinin nümayəndəsi hesabın sındırıldığını təsdiqləyib. Şirkətdən bildirilib ki, hazırda səhifə üzərində nəzarət tam bərpa edilib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Xatırladaq ki, Barak Obamanın sözügedən hesabında sonuncu rəsmi paylaşım 2017-ci il yanvarın 20-də, yəni onun prezidentlik səlahiyyətlərinin başa çatdığı gün edilmişdi. Hazırda hadisəni törədən şəxslərin kimliyi müəyyənləşdirilməyib və araşdırmalar davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…