Əsas məzmuna keç

Hakan Fidan: Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır

Hakan Fidan: Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır

Türkiyə XİN rəhbəri Antalya Diplomatiya Forumunda qlobal böhranların yaratdığı təhdidləri açıqladı. Rəcəb Tayyib Ərdoğanın sülh mesajları və nazirin kritik çağırışı.

en ru

Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu naziri Antalya Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu gün diplomatiyanın ürəyi Antalyada döyünür:

"Bu gün dünyada cərəyan edən proseslər Antalyada müzakirə olunur. Hər gün dünyada böhranlar görürük və bu da qlobal proseslərə təsir göstərir".

Nazir əlavə edib ki, regiondakı son proseslər bunun bariz nümunəsidir:

"Əldə ediləb atəşkəs və sülh davamlı olmalıdır".

H.Fidan həmçinin bəyan edib ki, diplomatiyanı yenidən işlək hala gətirmək lazımdır:

"Bunun sayəsində ortaq gələcəyi inkişaf etdirmək mümkündür. Rəcəb Tayyib bu xüsusda beynəlxalq qərarsızlıqla bağlı dəfələrlər narahatlığını bildirib. Hazırda isə görürük ki, bəzi ölkələr isə bu kimi problemlər yalnız qapılarına çatanda həmin narahatlığı ifadə edirlər".

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət sülh istiqamətində vacib çağırışlarla qarşı-qarşıyadır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…