Əsas məzmuna keç

Hakan Fidan: AQEM-in tamhüquqlu beynəlxalq təşkilat olmasını dəstəkləyirik

Hakan Fidan: AQEM-in tamhüquqlu beynəlxalq təşkilat olmasını dəstəkləyirik

Türkiyənin xarici işlər naziri Astana formatlı qurumun statusunun yüksəldilməsi ilə bağlı rəsmi mövqeyini açıqlayıb, diplomatik addımları dəyərləndirib.

en ru

Türkiyənin naziri ölkəsinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin () tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəklədiyini bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, AQEM-in Bakıda keçirilən 7-ci Zirvə Toplantısında çıxış edən XİN rəhbəri qeyd edib ki, bu gün dünyada artan böhranlar beynəlxalq forumlarda qeyri-müəyyənliyin güclənməsinə səbəb olur:

"Ümumi çağırışlarımıza birgə həll yolları tapmaq heç vaxt olmadığı qədər vacibdir. Çox ehtiyac duyulan bu çoxtərəfli fəaliyyətin qarşısındakı ən böyük maneə isə beynəlxalq aktorlar arasında etimadın olmamasıdır. Həll yolu kimi regional məsuliyyət və təşəbbüskarlıq prinsipləri əsasında əməkdaşlığı təkmilləşdirməklə qarşılıqlı etimadı gücləndirən dialoq mədəniyyətinin formalaşdırılmasını prioritet hesab edirik. AQEM dialoqu səmərəli əməkdaşlığa çevirməkdə mühüm rol oynaya bilər".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…