Əsas məzmuna keç

Gürcüstanın DTX rəhbəri istefa verib, yerinə yeni namizəd odur

Gürcüstanın DTX rəhbəri istefa verib, yerinə yeni namizəd odur

Gürcüstanın baş naziri İrakli Kobaxidze hazırkı ədliyyə naziri Anri Oxanaşvilinin namizədliyini Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsinə...

Gürcüstanın baş naziri İrakli hazırkı ədliyyə naziri Anri Oxanaşvilinin namizədliyini Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsinə irəli sürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə brifinqdə deyib.

"Cənab Anri Oxanaşvilinin Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə namizədliyi Gürcüstan parlamentinə təqdim olunacaq", - Kobaxidze bildirib.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili səlahiyyət müddətinin başa çatmasına bir neçə ay qalmış vəzifəsini tərk edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…