Tiflisdə vətəndaş cəmiyyəti təşkilatları hakim partiyanın təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhinə genişmiqyaslı mitinq keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, parlament binası qarşısında toplaşan on minlərlə etriazçı əllərində Avropa İttifaqı və Gürcüstan bayraqları dalğalandırıb.
Etirazlarda 50 minə yaxın insanın iştirak etdiyi bildirilirb.
Aksiya iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektini bağlayıblar.
Yürüş səbəbilə şəhərin mərkəzi hissəsi də daxil olmaqla bir sıra küçə və prospektlərdə, Kür çayının sağ və sol sahilində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ictimai nəqliyyatın işində ciddi fasilələr yaranıb.
Avropa meydanına toplanan aksiyaçılar “Rusiya qanununlarını istəmirik, Avropaya doğur”, “Güc birlikdədir, Güc Avropadadır” kimi müxtəlif şüarlar yazılmış plakatlar tutublar.
“Biz hökumətin Gürcüstanın azad xalqının səsini eşitməsini tələb edirik. Gürcüstan xalqı Avropaya inteqrasiyanı dəstəkləyir və buna maneə olanlarla mübarizəmizi sonadək davam etdirəcəyik. Demokratik ölkədə yaşayırıq və buna tam haqqımız var”, - deyə etirazçılardan biri olan Nino adlı şəxs deyib.
Hakim “Gürcü Arzusu” partiyası bu gün səhər saatlarında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini komitənin dinləmələrinə təqdim edəcək.
Mitinq iştirakçıları məhz bu səbəbdən, hüquq məsələləri komitəsinin iclasında parlamentin qanun layihəsinə üçüncü oxunuşda baxılmasının qarşısını almaq məqsədilə gecəni prospektdə keçirəcəklərini bildiriblər.
Polis parlament binasının kənarlarında yerləşən qapıları möhkəmləndirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları xarici agentlər haqqında qanun layihəsinə qarşı Tbilisidə keçirilən mitinq iştirakçılarını parlament binasından uzaqlaşdırmağa başlayıblar. Nümayişçilər polisin əmrinə tabe olmaqdan imtina edirlər. Zaman-zaman polislə qarşıdurma yaşanır. Saxlanılanlar barədə məlumat verilməyib.