Gürcüstan millisinin qapıçısı "Milan"a keçə bilər

Gürcüstan millisinin qapıçısı "Milan"a keçə bilər
29.03.2024 22:40
Aa
dəq

"Valensiya"da çıxış edən Gürcüstan yığmasının qapıçısı Qeorgi Mamardaşvili İtaliya çempionatına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Tuttosport"a istinadən xəbər verir ki, qapıçının xidmətlərində "Milan" maraqlıdır.

Mamardaşvili 2022-ci ildən İspaniya klubunda çıxış edir, bundan əvvəl Tbilisi "Dinamo"sunda çıxış edib.

Onun "yarasalar"la müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulur, transfer dəyəri isə 35 milyon avro olaraq qiymətləndirilir.

Cari mövsümdə gürcü qapıçı İspaniya çempionatında 28 oyun keçirib və 32 qol buraxıb.

Həftənin ən çox oxunanları