Operativ Məlumat Mərkəzi

Gürcüstan Abxaziya və Cənubi Osetiyaya sülh yolu ilə qayıtmaq planlarını açıqlayıb

1 dəq
Paylaş:
Gürcüstan Abxaziya və Cənubi Osetiyaya sülh yolu ilə qayıtmaq planlarını açıqlayıb

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Abxaziya və Cənubi Osetiya torpaqları gələcəkdə sülh yolu ilə ölkəyə qayıdacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Gürcüstan-Rusiya münaqişəsinin növbəti ildönümü münasibəti ilə bildirib.

“Biz hamımız ən ağır faciəli günləri xatırlayırıq, lakin ordumuzun göstərdiyi böyük qəhrəmanlığı nəzərə alsaq, bu günlər də bizi qürurlandırır və təbii ki, biz onlara bir daha hörmətlə yanaşmalıyıq”, - Kobaxidze deyib.

Onun sözlərinə görə, ordunun qəhrəmanlığı izsiz ötüşməyəcək və “Gürcüstan torpaqları bərpa olunacaq”. O, bərpanın “dinc yolla” aparılacağını bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər