Operativ Məlumat Mərkəzi

Yaponiyada baş verən zəlzələdən sonra hündürlüyü 80 santimetrə çatan dalğalar qeydə alınıb

1 dəq
Paylaş:
Yaponiyada baş verən zəlzələdən sonra hündürlüyü 80 santimetrə çatan dalğalar qeydə alınıb
bu barədə Yaponiya Meteorologiya Agentliyinin məlumat yayıb. Miyazaki prefekturasının yaxınlığında təxminən 80 sm hündürlüyü olan dalğalar, başqa...

Yaponiyanın cənub-qərbindəki Kyushu adasında 7,1 bal gücündə güclü zəlzələdən sonra təxminən üç fut hündürlüyündə dalğalar əmələ gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin məlumat yayıb.

Miyazaki prefekturasının yaxınlığında təxminən 80 sm hündürlüyü olan dalğalar, başqa yerlərdə isə 20 sm-dən 50 sm-ə qədər dalğalar qeydə alınıb. Seysmoloqlar sunami təhlükəsi davam etdiyi üçün yerli əhaliyə xəbərdarlıq edib.

Yaponiyanın cənub-qərbində baş verən 7,1 bal gücündə zəlzələnin episentri Miyazaki prefekturasının sahillərində okean dibindən 30 kilometr aşağıda aşkar edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər