Əsas məzmuna keç

Gürcüstan 101 əcnəbini ölkədən çıxardı

Gürcüstan 101 əcnəbini ölkədən çıxardı

Qonşu ölkənin DİN-i miqrasiya qaydalarını pozan şəxslərin məcburi çıxarıldığını açıqladı. Həmvətənlərimizin də olduğu siyahıda kimlər var? Tbilisinin son qərarı.

en ru

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən son günlərdə keçirilən tədbirlər nəticəsində 101 xarici vətəndaş ölkədən deportasiya olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar müvafiq struktur bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Kompleks tədbirlər çərçivəsində Türkmənistan, Hindistan, İraq, , , Özbəkistan, Nigeriya, Banqladeş, İordaniya, Keniya, Sudan, Belarus, Uqanda, Nepal, Pakistan, Filippin, Qırğızıstan, Zimbabve, Livan və digər ölkələrin vətəndaşları ərazisindən çıxarılıb.

Bildirilib ki, bu ilin ilk dörd ayının nəticələrinə əsasən, deportasiya olunan qanunsuz miqrantların sayı ötən ilin ümumi göstəricisinə yaxınlaşıb.

Qeyd edək ki, gücləndirilmiş nəzarət tədbirləri nəticəsində 2025-ci ildə ümumilikdə 1311 əcnəbi vətəndaş Gürcüstandan çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin müəyyən müddət ərzində ölkəyə yenidən girişinə qadağa qoyulub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…