Gültəkin Şirinova güləş üzrə Avropa ikincisi olub

Gültəkin Şirinova güləş üzrə Avropa ikincisi olub
30.06.2023 21:25
Aa
dəq

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir. Dördüncü yarış günündə qadın güləşi üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.

"Operativ Məlumat Mərkəzi-OMM" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək Avropa çempionatının finalına yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova qarşılaşıb. Rəqibinə 0:2 hesabıyla uduzan Gültəkin Avropa ikincisi olub.

Nərgiz Səmədova (57 kq) bolqarıstanlı Nesrin Süleymanovaya (3:0) və xorvatiyalı Lana Noqiçə (11:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Səmədova finalın bir addımlığında ukraynalı Alina Filipoviçlə bacarmayıb - 0:11. Mingəçevir güləş məktəbinin yetirməsi bürünc medal uğrunda türkiyəli Şevval Çayırla güləşib. Rəqibinə müqavimət göstərə bilməyən (0:10) Nərgiz 5-ci yerlə kifayətlənib.

Fatimə İsayeva (65 kq) təsnifat mərhələsində macarıstanlı Eniko Elekeşə "tuş"la məğlub olub. Rəqib finala yüksəldiyi üçün İsayeva təsəlliverici görüşdə serbiyalı Maşa Peroviçlə üz-üzə gəlib və bu qarşılaşmada da uduzub - 10:18.

Həftənin ən çox oxunanları

Məşhur güləşçinin atası rəhmətə gedib

Məşhur güləşçinin atası rəhmətə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
DAVAMIN OXU davamın oxu

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
DAVAMIN OXU davamın oxu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
DAVAMIN OXU davamın oxu