Əsas məzmuna keç

Göyçayda qanunsuz yolla əldə edilmiş işlik meşə materialı müəyyən edilib

Göyçayda qanunsuz yolla əldə edilmiş işlik meşə materialı müəyyən edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı İsmayıllı...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı İsmayıllı rayonunun Cülyan kəndində qanunsuz fəaliyyət göstərən emalı sexi, Göyçay rayonunun Çayarxı kəndindəki ağac emalı sexində isə qanunsuz əldə edilmiş 4,6 m³ həcmində işlik materialı müəyyən edilib.

Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, Cülyandakı ağac emalı sexinin vətəndaş Tural Xəlilova, Çayarxıdakı ağac emalı sexinin isə Ədalət Qasımova məxsus olduğu üzə çıxıb.

“Faktlarla bağlı ağac emalı sexlərinin sahibləri barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”, - deyə o qeyd edib.

B.Məhəmmədovun sözlərinə görə, İsmayıllı rayonununda qanunsuz fəaliyyət göstərən ağac emalı sexinin fəaliyyətinin dayandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına məktub göndərilib. Göyçay rayonundakı sexdə aşkarlanmış işlik meşə materiallarının necə əldə olunması ilə bağlı isə araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…