Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Almaniya ABŞ-dən "Tomahawk" raketləri almaq üçün razılığa gəldi

2 dəq
Paylaş:
Almaniya ABŞ-dən "Tomahawk" raketləri almaq üçün razılığa gəldi

hökuməti ABŞ istehsalı olan "" qanadlı raketlərinin alınması və ölkə ərazisində yerləşdirilməsi barədə razılıq əldə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya kansleri Berlində parlamentdə çıxışı zamanı məlumat verib.

Məlumata görə, razılaşma Ankarada keçirilən NATO çərçivəsində ABŞ nümayəndələri ilə aparılan danışıqlar nəticəsində əldə olunub.

Bildirilib ki, Merz sammitin gözləntiləri üstələdiyini və bu addımın Almaniyanın müdafiə qabiliyyətində mövcud olan strateji boşluğu aradan qaldıracağını bildirib. Kansler, həmçinin Avropanın öz müdafiə sistemlərinin hazırlanması istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.

Qeyd olunub ki, "Tomahawk" raketlərinin Almaniyada yerləşdirilməsi məsələsi daha əvvəl ABŞ Prezidenti Donald Trampın Almaniyadakı ABŞ hərbi mövcudluğunun azaldılacağını açıqlamasından sonra qeyri-müəyyən vəziyyətə düşmüşdü.

Məlumata əsasən, həmin qərar əvvəlki ABŞ administrasiyası dövründə razılaşdırılmış uzaqmənzilli raketlərlə təchiz ediləcək ABŞ batalyonunun Almaniyada yerləşdirilməsi planlarının dayandırılması kimi qiymətləndirilmişdi.

Qeyd edək ki, Berlin bu raketlərin ölkədə yerləşdirilməsini Rusiyaya qarşı mühüm çəkindirici vasitə hesab edir. Avropa ölkələri isə paralel olaraq öz uzaqmənzilli raket sistemlərinin hazırlanması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax