Operativ Məlumat Mərkəzi

Gəncədə kişi keçmiş arvadını öldürüb

1 dəq
Paylaş:
Gəncədə kişi keçmiş arvadını öldürüb

Gəncədə kişi keçmiş arvadını bıçaqlayıb. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər