Operativ Məlumat Mərkəzi

“Game of Thrones” serialının aktyoru yardım gəmisi ilə Qəzzaya yollanır

1 dəq
Paylaş:
“Game of Thrones” serialının aktyoru yardım gəmisi ilə Qəzzaya yollanır
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Qeyri-hökumət təşkilatı (QHT) Azadlıq Donanması Koalisiyasının Qəzzaya qarşı blokadanı yarmaq və...

Azadlıq Donanması Koalisiyasının (FFC) yeni gəmisi "Madleen" Qəzzaya humanitar yardım çatdırmaq məqsədi ilə İtaliyanın Kataniya limanından yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Qeyri-hökumət təşkilatı (QHT) Azadlıq Donanması Koalisiyasının Qəzzaya qarşı blokadanı yarmaq və bölgəyə yardım aparmaq üçün təşkil etdiyi son missiyanın bir hissəsi olaraq 18 metrlik yelkənli "Madleen" Kataniyadakı San Giovanni Li Cuti limanından bu gün yola çıxıb.

“Game of Thrones” aktyoru Liam Cunningham da gəmidədir.

Yola çıxmazdan əvvəl çoxlu insan limana gələrək yelkənli qayıqdakılara dəstək olmaq üçün Fələstin bayraqlarını dalğalandırıb.

Yelkənli qayıqda isveçli fəal Qreta Tunberq və irlandiyalı aktyor Liam Cunningham də daxil olmaqla 12 nəfər var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər