Əli Xameneinin cənazəsi Qum şəhərinə çatdırılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Məlumata görə, İranın mərhum ali rəhbəri Əli Xameneinin cənazəsi bazar ertəsi axşam saatlarında Qum şəhərinə gətirilib. Şiə islamının ən müqəddəs dini mərkəzlərindən biri hesab olunan şəhərdə çərşənbə axşamı genişmiqyaslı vida və dəfn mərasiminin keçirilməsi planlaşdırılır.
Bildirilir ki, Qum şəhəri Əli Xameneinin həyatında xüsusi yer tutub. O, 1960-cı illərdə burada yaşayıb və ilahiyyat təhsili alıb. Məhz bu tarixi və dini bağlılıq səbəbindən dəfn mərasiminin bir hissəsinin Qum şəhərində keçirilməsinə qərar verildiyi qeyd olunur.