Operativ Məlumat Mərkəzi

Fueqo vulkanının aktiv olduğu Qvatemalada 1054 nəfər təxliyə edilib

1 dəq
Paylaş:
Fueqo vulkanının aktiv olduğu Qvatemalada 1054 nəfər təxliyə edilib
Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşib. Açıqlamada isti kül buludlarının bölgədə 100 min...

Qvatemalada Fueqo vulkanının fəaliyyəti ilə əlaqədar bölgədə 1054 nəfərin təxliyə edildiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istnadən xəbər verir ki, Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşib.

Açıqlamada isti kül buludlarının bölgədə 100 min insana təsir edə biləcəyi qeyd edilib.

Yaxınlıqdakı 5 yaşayış məntəqəsindən 1054 nəfər təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, 2018-ci ildə Fueqo vulkanının püskürməsi nəticəsində 194 nəfər həyatını itirib, 234 nəfər isə itkin düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər