Əsas məzmuna keç

Doğulmamış körpə üzərində beyin əməliyyatı aparılıb

Doğulmamış körpə üzərində beyin əməliyyatı aparılıb

ABŞ-nin Massaçusets ştatının Boston şəhərində həkimlər ana bətnində olan üzərində əməliyyat keçirərək ölkənin tarixinə düşüblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istnadən xəbər verir ki, əməliyyat uğurlu keçib, ana və körpənin səhhətinin yaxşı olduğu açıqlanıb.

Luiziana ştatında yaşayan Derek və Kenyatta Koulman adi müayinə üçün getdikləri xəstəxanada həkimlərin qeyri-adi bir şey gördüyünü öyrəniblər.

Yerli media xəbər verir ki, həkimlər körpənin beynində qüsuru, nadir qan damar anomaliyasını aşkar ediblər.

Körpənin beynini müşahidə edən həkimlər qüsurun təhlükəli şəkildə böyüdüyünü bildiriblər.

Cütlüyün razılığı ilə əməliyyat aparılıb və körpə sağlam doğulub. Bu prosedur tibb tarixinə ABŞ-də ana bətnində olan körpə üzərində edilən ilk əməliyyat kimi düşüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…