Əsas məzmuna keç

Fransanın “Vətənpərvərlər” partiyasının lideri hakimiyyəti yalan danışmaqda ittiham edib

Fransanın “Vətənpərvərlər” partiyasının lideri hakimiyyəti yalan danışmaqda ittiham edib

“Emmanuel və hökuməti Fransa xalqına deyil, hökumətinə xidmət etmək üçün hakimiyyətdədir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Fransanın "Vətənpərvərlər" partiyasının rəhbəri Florian deyib.

Onun sözlərinə görə, hazırda ölkə bir sıra sosial problemlərlə üzləşib ki, onlardan biri də iqtisadiyyatın bir çox sahələrində etirazlara və tətil dalğasına səbəb olan mübahisəli pensiya islahatıdır. Fransada səhiyyə sistemində böhran, yüksək inflyasiya, və qiymətlərinin artması müşahidə olunur.

"İl ərzində Fransa həm pul, həm də silah şəklində Ukraynaya artıq təxminən 8,5 milyard avro xərcləyib. Bu, bir il üçün çox böyük məbləğdir. Sonra da Fransa hakimiyyəti deyir ki, pensiya, səhiyyə sistemi, xəstəxanalar və s. üçün pul yoxdur", - Filippo bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…