Fransada abort rəsmiləşdirilib

Fransada abort rəsmiləşdirilib
05.03.2024 10:13
Aa
dəq

Fransada qadınların hamiləliyi yarımçıq dayandırması artıq onların konstitusiya hüququdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə parlamentdə keçirilən səsvermə ilə qərar qəbul olunub.

Deputatların 780-i abortun lehinə, 72-si əleyhinə səs verib.

Fransa bununla abortu konstitusiya hüququ kimi müəyyən edən ilk ölkə statusu qazanıb.

Aborta etiraz edən qruplar, eyni zamanda, Vatikan qərara qarşı sərt çıxışlar edib.

“İnsan insanın həyatını əlindən almaq hüququna sahib ola bilməz” – deyə Vatikanın etiraz bəyanatında qeyd olunur.

Vatikan bəyanatda bütün hökumətlərə müraciət edir, onları tarixin bu mərhələsində insan həyatının qorunmasını prioritet məsələyə çevirməyə çağırır.

Fransada aborta 1975-ci ildən etibarən icazə verilirdi. Lakin rəy sorğuları göstərib ki, ölkə əhalisinin 85 faizi bu barədə qanunlara düzəliş edilməsinin tərəfdarıdır. Qərar paytaxt Parisdə coşqu ilə qeyd olunub.

Eyfel qülləsində “Mənim bədənim, mənim seçimim” şüarı nümayiş etdirilib.

Müqayisə üçün bildirək ki, Amerika Birləşmiş Ştatlarında qadınların abort etdirməsi qadağan olunub.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu