Operativ Məlumat Mərkəzi

Fransa seçkilərdən sonra Ukraynaya münasibətini dəyişəcək

2 dəq
Paylaş:
Fransa seçkilərdən sonra Ukraynaya münasibətini dəyişəcək
baş nazir Kiyevin Rusiya ərazisinə Beşinci Respublikanın uzaqmənzilli silahları ilə hücum etməsinə icazə verməyəcəyini bildirib. “Əgər Emmanuel Makron...

İfrat sağçı Milli Mitinq partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen bəyan edib ki, əgər onun partiyası seçkilərdə qalib gəlsə və daha sonra hökumət formalaşdırsa, Fransa Ukrayna siyasətində bir sıra dəyişikliklər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, baş nazir Kiyevin Rusiya ərazisinə Beşinci Respublikanın uzaqmənzilli silahları ilə hücum etməsinə icazə verməyəcəyini bildirib.

“Əgər Emmanuel Makron Ukraynaya qoşun göndərmək istəsə və baş nazir buna qarşı çıxsa, o zaman Ukraynada heç bir qoşun qalmayacaq”, - Le Pen əlavə edib.

Onun fikrincə, Fransa üçün əsas məsələ ölkənin münaqişə tərəfinə çevrilməsinin qarşısını almaqdır.

Le Pen vurğulayıb ki, belə bir ssenarinin təhlükəsi məhz Makronun Kiyevə Rusiya ərazisinə qarşı hücumlarda Fransa raketlərindən istifadə etməyə icazə verməsindən qaynaqlanır.

Proqnozlara görə, ifrat sağçılar və onun müttəfiqləri parlamentin aşağı palatasında 577 yerdən 230-dan çoxunu qazana bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər