Əsas məzmuna keç

Antonio Quterreş: Dünyada 800 milyona yaxın insan ifrat yoxsulluq içində yaşayır

Antonio Quterreş: Dünyada 800 milyona yaxın insan ifrat yoxsulluq içində yaşayır

BMT-nin Baş katibi Pekində keçirilən Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forumda qlobal miqyasda yoxsulluqla mübarizənin vacibliyini vurğulayıb.

en ru

Dünyada təxminən 800 milyon insan hələ də şəraitində həyatını davam etdirir. Bu barədə BMT-nin Antonio Quterreşin Pekində təşkil olunan Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forumun iştirakçılarına ünvanladığı müraciətdə məlumat verilib.

Müraciətdə qeyd olunub ki, ucqar kənd yerlərindən tutmuş sıx məskunlaşmış şəhərətrafı ərazilərə qədər müxtəlif bölgələrdə yaşayan 800 milyon insan – qadınlar, uşaqlar və kişilər – ağır şəraitdə yaşamaqdadır. Quterreşin sözlərinə görə, bu insanların vəziyyəti aşağıdakı amillər səbəbindən daha da ağırlaşır:

  • Münaqişələr;
  • İqlim dəyişiklikləri;
  • Dərinləşən bərabərsizlik;
  • Ağır borc yükü.

BMT-nin Baş katibi hökumətləri bir sıra istiqamətlərdə tədbirlər görməyə çağırıb. Bura layiqli iş yerlərinin yaradılması, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, kənd yerlərinin dayanıqlı inkişafı və universal sistemlərinin qurulması daxildir.

Bundan əlavə, Antonio qlobal maliyyə sistemində islahatların zəruriliyini diqqətə çatdırıb. O, inkişaf etməkdə olan ölkələrin layihələrini maliyyələşdirmək üçün kifayət qədər fiskal imkanlara, həmçinin beynəlxalq səviyyədə daha geniş dəstəyə və təmsilçiliyə ehtiyac duyduqlarını vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…