Fransanın xarici işlər naziri Stefan Sejourne BMT-nin İsrailin humanitar yardım gözləyən fələstinlilərə hücumu ilə bağlı müstəqil araşdırma tələbini dəstəklədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"France Inter" radiosunda qonaq olan Sejourne dünən İsrailin humanitar yardım gözləyən fələstinlilərə hücumu ilə bağlı açıqlamalar verib.
Sejourne Qəzzada humanitar vəziyyətin ciddiliyinə diqqət çəkib və xüsusilə humanitar yardımla bağlı bölgədə baş verənlərə heç bir bəraət qazandıra bilməyəcəyini vurğulayıb.
Sejourne ölkəsinin BMT-nin baş katibi Antonio Quterreşin İsrailin humanitar yardım gözləyən fələstinlilərə hücumu ilə bağlı müstəqil araşdırma tələbini dəstəkləyəcəyini bildirib.
Fransa İsrailin yardım gözləyən fələstinlilərə hücumunun araşdırılmasını istəyir
Fransanın xarici işlər naziri Stefan Sejourne BMT-nin İsrailin humanitar yardım gözləyən fələstinlilərə hücumu ilə bağlı müstəqil araşdırma tələbini...
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Latviya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib
Növbəti xəbər yüklənir…