Operativ Məlumat Mərkəzi

“Fransa etdiklərinə görə üzr istəməlidir”-ŞƏRH

2 dəq
Paylaş:
“Fransa etdiklərinə görə üzr istəməlidir”-ŞƏRH
Fransanın yeni müstəmləkəçilik siyasəti xalqlara, dövlətlərə kifayət qədər faciəvi nəticələr gətirir. XXI əsrin ikinci onilliyinin getdiyi bir müddətdə...

Fransanın yeni müstəmləkəçilik siyasəti xalqlara, dövlətlərə kifayət qədər faciəvi nəticələr gətirir. XXI əsrin ikinci onilliyinin getdiyi bir müddətdə yeni müstəmləkəçilik siyasəti yürütməyin irəliləməsi və perspektivi mümkün olmayan bir siyasətdir.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

"Fransanın bu davranışı nəinki müstəmləkə etdiyi ölkələr və xalqlar tərəfindən, hətta mütərəqqi bəşəriyyət tərəfindən artıq çox ciddi şəkildə etirazla qarşılanmaqdadır. Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkələri, təşkilatları Fransanın neokolonialist siyasətindən əl çəkməsi barədə çağırış edirlər. Hətta Azərbaycan Fransanın hazırda müstəmləkəsi olan dövlətlərin nümayəndələrini Bakıya dəvət edərək onlarla toplantı təşkil etdi. Onlarla öz problemlərini bu platformadan istifadə edərək dünyaya çatdıra bildi. Bunlar hamısı çox önəmli məsələlərdir. Azərbaycan bu istiqamətdə çalışmalarını davam edərək, Fransanı yeni müstəmləkəçilik siyasətini ifşa etməkdə davam edir.

Düşünürəm ki, mütərəqqi bəşəriyyətin nümayəndələrinin iştirakı və dəstəyi ilə Azərbaycan platformanı daha da genişləndirməlidir. Dünyaya bu siyasətin doğurduğu ziyanlı tərəfləri ilə bağlı geniş şəkildə məlumatlandırmalıdır. Bəşəriyyətin beynəlxalq təşkilatların, xalqların təzyiqi ilə Fransanın yeni müstəmləkəçilik siyasətinə son verilməlidir. Fransa əməllərinə görə həmin o müstəmləkə dövlətlərindən üzr istəməli və vurduğu maddi-mənəvi ziyana görə də təzminat ödəməlidir".

Aminə Nəzərova

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər