Əsas məzmuna keç

"Forum çərçivəsində 10 milyard ABŞ dollarını aşan investisiya razılaşmaları imzalandı"

"Forum çərçivəsində 10 milyard ABŞ dollarını aşan investisiya razılaşmaları imzalandı"

"İnvestisiya mühitimizin gücü və beynəlxalq etibarlılığımız bir daha 2025-ci ildə keçirilmiş Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025)...

"İnvestisiya mühitimizin gücü və beynəlxalq etibarlılığımız bir daha 2025-ci ildə keçirilmiş Birinci Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) zamanı nümayiş olundu".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu rəqəmsal inkişaf və naziri Rəşad Nəbiyev "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

" İlham Əliyevin himayəsi altında baş tutan bu mühüm tədbir, ölkəmizin iqtisadi şaxələndirmə və dayanıqlılıq hədəfləri ilə uyğun gələn iri layihələri təqdim etdi. çərçivəsində 10 milyard dollarını aşan investisiya razılaşmaları imzalandı və bu razılaşmalar bilik və texnologiya transferini gələcək üçün strateji əhəmiyyət daşıyan sahələrə istiqamətləndirdi.

Bu layihələr sırasında qabaqcıl ekoloji texnologiyaları birləşdirən, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək öncül bir təşəbbüs Xəzər dənizində yerləşəcək duzsuzlaşdırma zavodu, eləcə də BƏƏ ilə birlikdə həyata keçirilməsi planlaşdırılan “Şəhər içində şəhər” adlı çoxmilyardlıq innovativ layihə xüsusi yer tutur.

Bu forum, Azərbaycanın investisiya potensialının, beynəlxalq əməkdaşlıq imkanlarının və gələcəyə yönəlmiş inkişaf modelinin bariz göstəricisi oldu", - o qeyd etdi.

Nərgiz Qurbanlı

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…