Əsas məzmuna keç

"Formula 2" sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub

"Formula 2" sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub

Bakıda keçirilən "Formula 2" üzrə Qran-prisində sıralama turunu birinci pillədə başa vuran müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

"Prema "dən Andrea Kimi Antonelli ikinci, "Art Grand Prix"dən Viktor Martins üçüncü pillədə yer alıb.

Daha əvvəl "Formula 2"də yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi birinci olub.

"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ilk pilləni tutub.

Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama start götürüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, təsnifat mərhələsi saat 15:00-da başlayıb.

Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.

"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci olub.

Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…