Əsas məzmuna keç

"Formula 2: Bakıda ikinci sıralama turu başa çatıb

"Formula 2: Bakıda ikinci sıralama turu başa çatıb

Bakı Şəhər Halqasında gərgin mübarizə yekunlaşıb. Pilotların sürət yarışında göstərdiyi nəticələr və podium uğrunda mübarizə aparan favoritlər bəlli oldu.

en ru

"Formula 2" üzrə Qran-prisində ikinci sıralama başa çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu dəfə ən yaxşı nəticəni "Rodin Motorsport"dan Martinius Stenşorne göstərib.

"Rodin Motorsport"dan Aleks Dann ikinci, "İnvicta Racing"dən Rafael Kamara üçüncü olub.

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, mübarizəyə saat 14:45-də start verilib.

Daha əvvəl ikinci dərəcəli pilotların sərbəst yürüşündə "Art Grand Prix" komandasından Kuş Maini ən yaxşı nəticəni göstərib.

Birinci sıralama turunda isə "Rodin Motorsport"dan Aleks Dann lider olub.

Xatırladaq ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…