Ermənistan Respublikasının keçmiş nəqliyyat və kommunikasiya naziri, eyni zamanda İrəvanın sabiq meri Qaqik Beqlaryan saxlanılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumata görə, Beqlaryan vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə aparılan cinayət işi çərçivəsində saxlanılıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi həmçinin onun həbs edilməsi üçün məhkəməyə vəsatət təqdim olunduğunu bildirib.