Finlandiya parlamenti ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, martın 1-də qanunverici orqanda məsələ ilə bağlı səsvermə keçirilib.
Qanunverici orqanın 184 deputatı qanun layihəsinin lehinə səs verib. 7 deputat isə ölkənin Alyansa üzvlüyünün əleyhinə çıxıb.
Qanunun qüvvəyə minməsi üçün Prezident Sauli Niinistö sənədi təsdiqləməlidir.