Finlandiya rəsmiləri öz ərazilərində Amerika nüvə silahlarının yerləşdirilməsini ehtiyac görmürlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində Şimali Avropa ölkəsinin baş naziri Petteri Orpo deyib.
Orpo qeyd edib ki, nüvə silahının yerləşdirilməsinə ehtiyac yoxdur, çünki NATO özü nüvə qarşısının alınmasını təmin edir. Onun sözlərinə görə, hazırda təşkilata üzv olan bir çox ölkədə yerləşdirilən nüvə başlıqları Alyansın təhlükəsizliyini təmin etmək üçün kifayətdir.