Əsas məzmuna keç

Filippində ölənlərin sayı 45 nəfərə çatdı

Filippində ölənlərin sayı 45 nəfərə çatdı

Mindanao adasında baş verən 7,8 bal gücündəki yeraltı təkanlar nəticəsində 630 nəfər yaralanıb. Axtarış-xilasetmə işlərinin detalları və son durum nədir?

ru en

Filippinin cənubundakı bölgəsində iyunun 8-də baş verən 7,8 gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 45 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində 630 nəfər yaralanıb, 17 nəfərin isə taleyi hələ də naməlum olaraq qalır.

Milli Fəlakət Riskinin Azaldılması və İdarəolunması Şurasının açıqlamasında qeyd olunub ki, zəlzələ nəticəsində 2 994 evə ziyan dəyib.

Filippin Ordusu da təbii fəlakətdən zərər çəkən ərazilərdə axtarış-xilasetmə qruplarının fəaliyyət göstərdiyini açıqlayıb.

Qeyd edək ki, seysmik və vulkanik qurşaqda yerləşən Filippində güclü zəlzələlər tez-tez baş verir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…