Əsas məzmuna keç

FIFA Nepalın beynəlxalq futbol fəaliyyətini dayandırdı

FIFA Nepalın beynəlxalq futbol fəaliyyətini dayandırdı

Dünya futbol qurumu Nepal Futbol Assosiasiyasını (ANFA) qeyri-müəyyən müddətə diskvalifikasiya etdi. Bu qərar idman ictimaiyyətində böyük rezonans doğurdu.

en ru

Ümumnepal Assosiasiyasının (ANFA) üzvlüyünü dayandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ali futbol qərar çıxarıb.

millisi və ölkənin klubları beynəlxalq turnirlərdə iştirak edə bilməyəcəklər.

Qərar Milli İdman Şurasının (MİŞ) ANFA-nın nizamnamə tələblərini pozmasına, assosiasiyanın seçki prosesinə dair həllini tapmamış mübahisəyə və seçkilərə kənar tərəflərin müdaxiləsinə əsaslanır.

FIFA üzvlüyün bərpası üçün iki əsas tələb müəyyənləşdirib. Birinci tələb MİŞ-nin ANFA İcraiyyə Komitəsinin fəaliyyətini üç ay müddətinə dayandırmaq barədə qəbul etdiyi qərarın tam və qeyd-şərtsiz ləğv edilməsidir. İkinci tələb isə assosiasiyanın artıq başladığı seçki prosesini öz nizamnaməsinə müvafiq qaydada tamamlama imkanının təmin olunmasıdır.

Qadağa növbəti bildirişə kimi qüvvədə qalacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…