Əsas məzmuna keç

FHN od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

FHN od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Məlumatda qeyd edilib ki, bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Od çərşənbəsini qeyd edir:

"Bu çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına edilməməsi bayram sevincimizin arzuolunmaz və acı nəticələrlə sonlanmasına səbəb ola bilər.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,

- bayram tonqalı ev, , elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!".

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…