Əsas məzmuna keç

FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub

FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub

Xəbər verildiyi kimi, intensiv yağışlar səbəbindən çayının rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinin və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin qüvvələri su ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun kənarlaşdırılması və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…