FHN Bakı Avropa liseyində təlim keçib

FHN Bakı Avropa liseyində təlim keçib
18.04.2024 12:54
Aa
dəq

Fövqəladə Hallar Nazriliyinin (FHN) Bakı Avropa liseyində fövqəladə hallarla bağlı davranış qaydaları barədə müəllim və şagirdlərin maarifləndirilməsi məqsədilə təlim keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təlim FHN-in Bakı Regional Mərkəzinin təşkilatçılığı və İctimaiyyətlə əlaqə idarəsinin dəstəyi ilə baş tutub.

Təlimdə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin, habelə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının heyəti iştirak edib.

Təlimin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə müvafiq biliklərin verilməsi olub.

Tədbiri giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirin məqsədi barədə məlumat verib, maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Təlimin nəzəri hissəsində FHN əməkdaşları fövqəladə halların təsnifatı, Azərbaycan üçün xarakterik olan fövqəladə hallar və bu zaman zəruri davranış qaydaları barədə məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, maarifləndirici videoçarxlar nümayiş olunub.

Praktik hissədə şərti zəlzələ həyəcanı elan edilib, zəlzələ zamanı düzgün mövqe seçimi və digər davranışlar müəllimlərin iştirakı ilə nümayiş olunub, şagirdlərin təxliyəsi və “ilkin tibbi yardımın göstərilməsi” əməliyyatları həyata keçirilib.

Həftənin ən çox oxunanları

“Green card” müraciətlərinin nəticələri açıqlandı

“Green card” müraciətlərinin nəticələri açıqlandı
DAVAMIN OXU davamın oxu

Sabah bu yollar bağlı olacaq

Sabah bu yollar bağlı olacaq
DAVAMIN OXU davamın oxu

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
DAVAMIN OXU davamın oxu

“Labirintdən çıxış”: Qızların təhsilə cəlbi məsələsi müzakirə edildi - FOTO

“Labirintdən çıxış”: Qızların təhsilə cəlbi məsələsi müzakirə edildi - FOTO
DAVAMIN OXU davamın oxu

Ötən ay 148 min nəfərdən çox aylıq müavinət alan olub

Ötən ay 148 min nəfərdən çox aylıq müavinət alan olub
DAVAMIN OXU davamın oxu