Əsas məzmuna keç

Fevralın 2-də kriptovalyuta bazarında kəskin ucuzlaşma

Fevralın 2-də kriptovalyuta bazarında kəskin ucuzlaşma

"Bitcoin" 75 min dollara düşdü, "Ethereum" və XRP-də ciddi dəyər itkisi var. Rəqəmsal aktivlərin qiymət enişi davam edəcəkmi? Birjalardakı son vəziyyətlə tanış olun.

en ru

Fevral ayının 2-də kriptovalyuta birjalarında qiymətlərin enməsi qeydə alınıb. Xüsusilə bazarın lideri olan “” son sutka ərzində əhəmiyyətli itkisi yaşayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “CoinMarketCap” platformasına istinadən xəbər verir ki, “Bitcoin” son 24 saatda 4,11% ucuzlaşaraq 75 447 dollarına enib.

Bu, kriptovalyuta bazarında ümumi mənfi tendensiyanın davam etdiyini göstərir.

Eyni dövrdə “Ethereum” da dəyər itirib. Sözügedən kriptovalyutanın qiyməti 8,88% azalaraq 2 218 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bazarda ilk beşlikdə yer alan digər aktivlərdən XRP son sutkada 5,69%, BNB isə 3,96% ucuzlaşıb.

Xatırladaq ki, “Bitcoin”in tarixi maksimum qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb. Həmin dövrdə aparıcı kriptovalyutanın dəyəri 126 min ABŞ dollarını ötüb.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 20.11.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…