Operativ Məlumat Mərkəzi

"Fənərbağça"nın sabiq futbolçusu karyerasını bitirib

1 dəq
Paylaş:
"Fənərbağça"nın sabiq futbolçusu karyerasını bitirib
2020-2021 mövsümündə Romadan "Fənərbaxça"ya transfer olan ulduz futbolçu karyerasını bitirdiyini açıqlayıb. Perotti İnstaqram hesabındakı paylaşımında...

Bir müddət "Fənərbağça"da da çıxış edən Dieqo Perotti futbolla vidalaşmaq qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2020-2021 mövsümündə Romadan "Fənərbaxça"ya transfer olan ulduz futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Perotti İnstaqram hesabındakı paylaşımında "Nə gözəl səyahət idi. Nə tez keçdi... Sənin üçün darıxacağam" deyərək futbolla vidalaşıb.

Peşəkar karyerasına Argentinanın "CD Moron" komandasında başlayan Dieqo Perotti daha sonra "Sevilya", "Boka Xuniors", "Cenoa" və "Roma"da çıxış edib.

2020-ci ildə argentinalı futbolçu Superliqa komandalarından olan "Fənərbaxça"ya transfer olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər