“Fənərbağça” 1/4 final mərhələsinə vəsiqə qazanıb

“Fənərbağça” 1/4 final mərhələsinə vəsiqə qazanıb
14.03.2024 23:55
Aa
dəq

Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn ilk üç komandanın adına aydınlıq gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" doğma meydanda Belçika təmsilçi "Union"la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşsa da, İstanbul nəhəngi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etdiyi üçün adını 1/4 finala yazdırıb.

Dörddəbir finala çıxan digər komandalar isə "Fiorentina" (İtaliya ) və PAOK-dur (Yunanıstan).

Həftənin ən çox oxunanları