Operativ Məlumat Mərkəzi

Fələstinli məhbuslar Ramallahda coşğu ilə qarşılandı

1 dəq
Paylaş:
Fələstinli məhbuslar Ramallahda coşğu ilə qarşılandı
bununla bağlı xarici KİV məlumat yayıb. Bildiirlib ki, İsrailin Ofer Hərbi Həbsxanasından azad edilən fələstinli məhbusları daşıyan avtobus Beynəlxalq...

İsrailin azad etdiyi fələstinli məhbusları Ramallah şəhərində ailələri və onları gözləyən izdiham coşqu ilə qarşılayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildiirlib ki, İsrailin Ofer Hərbi Həbsxanasından azad edilən fələstinli məhbusları daşıyan avtobus Beynəlxalq Qırmızı Xaç qruplarının müşayiəti ilə Ramallahdakı Mədəniyyət Sarayına gəlib.

Onları ailələri və orada gözləyən camaat coşqu ilə qarşılayıb. Meydana toplaşan camaat təkbirlər söyləyib.

Yorğun görünən məhbuslardan bəziləri xəstəxanaya aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər