Fransa və Almaniya Future Combat Air System (FCAS) döyüş təyyarəsi istehsalı üzrə birgə hərbi layihəsindən imtina edə bilərlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Berlin və Paris Avropanın ən böyük silah proqramını bağlamaq təhlükəsi yaradan çətinliklərlə üzləşiblər.
Səbəb "Airbus" və "Dassault Aviation" arasında "proqramın planlaşdırılan yeni nəsil qırıcısının necə qurulmasına dair" fikir ayrılığıdır.
Hazırda tərəflər layihəni qırıcı təyyarələri radarlar, dronlar, yer və dəniz idarəetmə sistemləri ilə birləşdirəcək bulud əsaslı sistemin yaradılmasına qədər azaldılmasını müzakirə edirlər.
Layihədə iştirak edən ölkələrin ilin sonuna kimi təyyarənin inkişafı ilə bağlı yekun qərar qəbul edəcəyi gözlənilir. Bununla belə, FT-nin xəbər verdiyi kimi, bir çoxları "Airbus" və "Dassault"arasındakı mübahisələri həll etməyə cəhd etmək üçün artıq gec olduğunu qeyd edirlər.
Fransa hərbi rəsmisinin sözlərinə görə, Almaniyanın sənaye və iqtisadi qüdrəti Parisdə ölkənin yenidən silahlanmasından az narahatlıq doğurmur.