Fransanın paytaxtı Parisin görməli yerlərindən biri olan Eyfel qülləsinə giriş bahalaşır.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Eyfel qülləsi əməliyyat Şirkətinin (SETE) İdarə Heyətinin sədri Jean-François Martins yerli mediaya bildirib.
Qeyd edilib ki, bu yay bilet qiymətləri 20 % artacaq.
Martins tətil səbəbiylə altı gün bağlanan Eyfel qülləsinin gəlir itkisinin 1 milyon avrodan çox olduğunu bildirib.