Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropanın miqrasiya böhranı qarşısında parçalanması tənqid edilir

2 dəq
Paylaş:
Avropanın miqrasiya böhranı qarşısında parçalanması tənqid edilir

İspaniyanın Seuta muxtar şəhərində miqrasiya böhranının Avropa İttifaqının daxili parçalanmasını üzə çıxardığı bildirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Fransanın maliyyə qrupu “”in Asiya-Sakit okean regionu və Yaxın Şərq üzrə baş iqtisadçısı Alisiya Qarsiya-Errero “Associated Press” (AP) agentliyinə açıqlamasında deyib.

Məlumata görə, ekspert avqustun 4-də keçiriləcək Aİ-yə üzv ölkələrin nazirlərinin toplantısının nəticələrindən asılı olmayaraq, Avropanın artıq ciddi parçalanma nümayiş etdirdiyini bildirib.

Qeyd olunub ki, Qarsiya-Errero bu vəziyyətin xarici siyasi və iqtisadi təhdidlər fonunda Avropa üçün ciddi risk yaratdığını vurğulayıb.

“Avropa növbəti dəfə öz zəifliyini, həm də çox böyük bir zəifliyini göstərdi”, - deyə iqtisadçı bildirib.

Hadisənin iyulun 30-da Seuta sərhədində baş verdiyi qeyd olunub. Məlumata əsasən, Mərakeş və digər ölkələrdən gələn minlərlə sərhədini keçməyə cəhd edib.

Bildirilib ki, miqrantların bir hissəsi quru sərhəd maneələrini aşaraq, digərləri isə sahil istiqamətindən hərəkət edərək şəhərin çimərliklərinə daxil olmağa çalışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax