Avropa İttifaqına üzv dövlətlər Hörmüz boğazını açıq saxlamaq üçün Avropa tərəfinin ata biləcəyi addımları müzakirə edəcəklər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
Kallas Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl qeyd edib ki, Hörmüz boğazının açıq qalması Avropa üçün mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, bu səbəbdən Avropa tərəfi boğazın açıq saxlanılması üçün hansı addımların atıla biləcəyini müzakirə edir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 16-da sosial media hesabında paylaşım edərək, Hörmüz boğazından neft alan bütün ölkələri regiondan neft daşınmasının bərpası üçün addımlar atmağa çağırıb.