Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Bu siyasət nə sülhə, nə də Avropaya xidmət edir"

2 dəq
Paylaş:
"Bu siyasət nə sülhə, nə də Avropaya xidmət edir"

"Avropa İttifaqının Ukraynaya qarşı siyasəti töhfə vermir və Avropanın maraqlarına etmir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Macarıstan Baş nazirinin siyasi müşaviri Orban deyib.

"Aİ heç bir rasional əsaslandırma olmadan Ukraynaya pul yatırmağa davam edir, ciddi pozuntuları isə gözardı edilir və Avropa vətəndaşları bunun bədəlini ödəməyə məcbur edilir. Bu nə sülhə, nə də Avropaya xidmət edir. Müharibəyə və Brüsseldən gələn müharibəyönlü siyasətə son qoymağın vaxtı gəlib çatıb”, - Balaj Orban qeyd edib.

O, Ukraynanın hətta orta müddətli perspektivdə belə Aİ üzvlüyünə hazır olmadığını vurğulayıb:

"Avropanın gərginləşməyə yox, məsuliyyətə ehtiyacı var. Sülh məhz buna görə lazımdır, müharibə məhz buna görə bitməlidir və vətənpərvər Macarıstan hökumətinin sülh səylərini dəstəkləməsinin səbəbi də məhz budur".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax